...

Neftçalanın Aşağı Surra kəndinə ilk dəfə qaz verildi

Energetika Materials 9 İyun 2015 16:22 (UTC +04:00)
Bu gün Neftçala rayonunun Aşağı Surra kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Neftçalanın Aşağı Surra kəndinə ilk dəfə qaz verildi

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bu gün Neftçala rayonunun Aşağı Surra kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Trend SOCAR-ın istinadən məlumat verir ki, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1185 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3585 metr uzunluğunda müxtəlif diametrli polietilen və 66 498 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti