...

Daha 5 yaşayış məntəqəsi qazlaşdırıldı

Energetika Materials 28 İyul 2015 16:39 (UTC +04:00)
İyulun 28-də Şabran rayonunun Pirəmsən, Salyan rayonunun Bəydilli kəndlərinə təbii qazın verilişi bərpa edilib, Xaçmaz rayonunun Qalağan kəndinə, eləcə də Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.
Daha 5 yaşayış məntəqəsi qazlaşdırıldı

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İyulun 28-də Şabran rayonunun Pirəmsən, Salyan rayonunun Bəydilli kəndlərinə təbii qazın verilişi bərpa edilib, Xaçmaz rayonunun Qalağan kəndinə, eləcə də Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şabran rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 170 abonenti olan Pirəmsən kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11510 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 170 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Salyan rayonunun 88 abonentlik Bəydilli kəndinə təbii qazın verilişinin bərpa olunması ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, bu məqsədlə birpilləli sistem əsasında 6092 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 88 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Xaçmaz rayonunun Qalağan kəndinə ilk dəfə təbii qaz verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 407 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 165 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ümumilikdə 405 abonenti olan Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinin ilk dəfə qazlaşdırılması ilə əlaqədar keçirilən tədbirdə isə vurğulanıb ki, qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan "Azəriqaz" İB tərəfindən birpilləli sistem əsasında ümumi uzunluğu 13225 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 405 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edənlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti