...

İsmayıllının Sumağallı kəndinə ilk dəfə təbii qaz verildi

Energetika Materials 26 May 2016 09:38 (UTC +04:00)
Ötən gün İsmayıllı rayonunun Sumağallı kəndinə ilk dəfə təbii qaz verilib.
İsmayıllının Sumağallı kəndinə ilk dəfə təbii qaz verildi

Bakı. Trend:

Ötən gün İsmayıllı rayonunun Sumağallı kəndinə ilk dəfə təbii qaz verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB-nin Baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Mərasimdə bildirilib ki, 301 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 17196 metrlik metal borulardan istifadə olunmuş, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Birliyin Baş direktoru Əkbər Hacıyev çıxış edərək sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik edib, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində ölkəmizin yaşayış məntəqələrində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti