Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsi çərçivəsində Albaniyada Korovoda şəhərində körpü tikintisi artıq başa çatıb.
Trend TAP-dan verilən məlumata istinadən bildirir ki, bu, nəqliyyat infrastrukturunu yaxşılaşdırmağa imkan verəcək.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.