Bakı. Orxan Quluzadə - Trend:
Transanadolu boru kəməri (TANAP) Avropaya enerji tədarükü üçün yeni alternativ yaradacaq. Trend-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü Dünya Enerji Konqresində deyib.
Onun sözlərinə görə, Türkiyə enerji resurslarının tranzit ölkəsi kimi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edir.