...

“Cənub Qaz Dəhlizi” üçün əlavə vəsaitin cəlb olunması planlaşdırılır (YENİLƏNİB)

Energetika Materials 30 May 2018 13:38 (UTC +04:00)

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” QSC 2020-ci ilədək daha 1,6 milyard dollar cəlb etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransı zamanı QSC-nin baş direktoru Əfqan İsayev deyib.

Onun sözlərinə görə, bu vəsait mövcud borclarla bağlı xərcləri nəzərdə tutmur:

“Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsindəki payının maliyyələşdirilməsi üçün cəlb olunmuş vəsaitdən əlavə 2020-ci ilədək daha 1,6 milyard dollar tələb olunur”.

Ə.İsayev əlavə edib ki, hazırda layihənin kreditləşməsi üçün bir sıra maliyyə təşkilatları ilə danışıqlar davam etdirilir:

“TANAP üçün 15 il müddətinə 750 milyon dollar kreditin ayrılması ilə bağlı İnvestisiya Təminatları üzrə Agentliklə aparılan danışıqların yekununda dörd bankdan ibarət klub formalaşdırılıb. Almaniya Federal məclisinin büdcə komitəsi TANAP və “Şahdəniz-2” layihələri üçün 15 il müddətinə 1,5 milyard dollar həcmində kredit təminatına razılıq verib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti