...

Azərbaycan-Gürcüstan enerjisistemləri optik kabellə əlaqələndirildi (VİDEO)

Energetika Materials 16 Dekabr 2019 11:11 (UTC +04:00)
Azərbaycan-Gürcüstan sərhəddində hər iki ölkənin enerjisistemləri üçün əhəmiyyətli layihə gerçəkləşdirilib.
Azərbaycan-Gürcüstan enerjisistemləri optik kabellə əlaqələndirildi (VİDEO)

Bakı. Trend:

Azərbaycan-Gürcüstan sərhəddində hər iki ölkənin enerjisistemləri üçün əhəmiyyətli layihə gerçəkləşdirilib.

“Azərenerji” ASC-dən Trend-ə verilənm məlumata görə, ötən ilin 18 dekabr tarixində “Gürcüstan Dövlət Elektrosistem” və “Azərenerji” səhmdar cəmiyyətlərinin rəhbərləri tərəfindən imzalanan memoranduma uyğun olaraq, bu ilin 12-13 dekabr tarixlərində hər iki ölkənin enerjisistemləri optik kabellə əlaqələndirilib.

Səlahiyyətli nümayəndə olaraq “Azərenerji”dən Əhməd Muradlı, “Gürcüstan Dövlət Elektrosistem”dən Georgi Amuzaşvili və “SakRusenergo”dan Vaxtanq Kikvadze optik kabelin qoşulması prosesinə nəzarət ediblər. Optik kabellə əlaqələndirilmə hər iki dövlətin enerjisitemləri arasında məlumat mübadiləsinin yüksəldilməsinə xidmət edəcək, SCADA məlumatlarının, rele mühafizəsi və əks qəza təsirlərinin ötürülməsində əvəzsiz rol oynayacaq. Eyni zamanda elektrik enerjisinin idxal-ixrac prosesini real vaxt rejimində izləməyə texniki imkan yaradacaq. Optik kabel Azərbaycanın 500 kilovoltluq “Samux” yarımstansiyası ilə Gürcüstanın 500 kilovoltluq “Qardabani” yarımstansiyasını və ordan da bütün sistemi əlaqələndirəcək. Onu da qeyd edək ki, hazırda Gürcüstan Respublikası ilə elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 155-i quraşdırılıb və işlərin böyük hissəsi görülüb.

Sonda onu da qeyd edək ki, Gürcüstan Respublikası Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti