...

"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır

Energetika Materials 26 May 2020 10:28 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır.

Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də “ExxonMobil” şirkətinin payının satılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, indi bazarda ucuz neft qiymətləri ilə əlaqədar aktivlərin satışına yönəlmiş şirkətlər üçün çətin dövrdür:

“İndi alıcılar elə də çox deyil, çünki əsas sektor pul vəsaitlərinin qorunmasına diqqət ayırıb”.

E.Şerman bildirib ki, bununla belə, AÇG və Bakı-Tbilisi-Ceyhan, payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Çünki bu aktivlər stabil vergi şəraitində uzunmüddətli və ucuz neft hasilatını təklif edir:

“MOL və “Chevron” arasındakı saziş göstərir ki, AÇG-də pay inkişaf ambisiyalarının reallaşdırılması üçün böyük əhəmiyyət kəsb edə bilər”.

“ExxonMobil” şirkətindən Trend-ə bildiriblər ki, üçüncü tərəflər aktivlərin satın alınmasına maraq göstərdikdən sonra şirkət Azərbaycandakı aktivlərinə marağı nəzərdən keçirir.

Qeyd edək ki, bir sıra mənbələrin məlumatına əsasən Çinin "CNOOC", Hindistanın "ONGC" və İndoneziyanın “Pertamina” şirkətləri bu aktivlərin satın alınmasına maraq göstərib.

Bundan əvvəl isə Macarıstanın MOL Group şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Chevron”un payını satın alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti