...

Bu il Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb

Energetika Materials 24 Avqust 2021 10:18 (UTC +04:00)
Bu il Azərbaycanın Avropaya satdığı qazın həcmi açıqlanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bu il yanvar-iyul aylarında Azərbaycan Avropaya təqribən 4 milyard kub metr qaz ixrac edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat dövründə ümumilikdə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

O cümlədən, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti