...

AYİB parnik qazı tullantılarının azaldılmasında Azərbaycanı dəstəkləməyi planlaşdırır (ÖZƏL)

Energetika Materials 18 Noyabr 2021 21:00 (UTC +04:00)
AYİB parnik qazı tullantılarının azaldılmasında Azərbaycanı dəstəkləməyi planlaşdırır (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) karbon qazı tullantılarının azaldılması və elektrik enerjisi istehsalı zamanı iqlim dəyişikliklərinə dayanıqlığın artırılması üçün Azərbaycan Energetika Nazirliyinə yol xəritəsinin hazırlanmasında dəstək göstərmək və öhdəliklərinə uyğun olaraq parnik qazı tullantılarının azaldılmasında Azərbaycanı dəstəkləmək imkanını nəzərdən keçirir.

Bunu Trend-ə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

O qeyd edib ki, AYİB Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyini (AERA), xüsusilə onun hüquqi bazasının yaradılmasını və beynəlxalq praktikaya uyğun olaraq potensialının artırılmasını dəstəkləyir.

"Eyni zamanda, AYİB bərpa olunan enerji mənbələrinin inkişafı hesabına Azərbaycanın karbonsuzlaşdırma proqramının dəstəklənməsində iştirak edir. Hazırda bank Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində ilk tenderlərin işə salınması üzrə səylərinin reallaşdırılmasına rəqabətli hərraclar və bu sahədə normativ bazanın hazırlanması vasitəsilə kömək edir" - deyə, o bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti