...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 26 Noyabr 2021 10:44 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 25-də 82,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti