...

Beynəlxalq Enerji Agentliyi bu il TAP vasitəsilə nəql olunacaq qazın həcmini proqnozlaşdırıb

Energetika Materials 31 Yanvar 2022 14:43 (UTC +04:00)
Beynəlxalq Enerji Agentliyi bu il TAP vasitəsilə nəql olunacaq qazın həcmini proqnozlaşdırıb

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ildə Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli gözlənilir.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən məlumat verir.

"2021- ci ilin 11 ayı ərzində Azərbaycanda qaz hasilatı əvvəlki illə müqayisədə 20 faiz artıb. Boru kəməri ilə Türkiyəyə qaz tədarükü 30 faiz azalıb. Əvəzində TAP vasitəsilə Avropaya qaz nəqli 8 milyard kubmetri ötüb", - deyə hesabatda bildirili.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb. İtaliyaya 6,8 milyard, Yunanıstan və Bolqarıstana 1,2 milyard kubmetr qaz nəql olunub.

Tərcümə: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti