...

Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ilk üçlükdə yer alıb

Energetika Materials 31 Mart 2022 13:12 (UTC +04:00)
Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ilk üçlükdə yer alıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 28,85 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,618 milyard, ABŞ-dan 1,205 milyard, Azərbaycandan isə 796,32 milyon kubmetr təşkil edib.

Yanvar ayında Rusiyadan Türkiyəyə qaz ixracı 2,11 faiz azalıb, ABŞ-dan isə 89,92 faiz artıb.

2022-ci ilin yanvarında Türkiyəyə ümumi qaz idxalı ötən ilin yanvarı ilə müqayisədə 10,03 faiz artaraq 6,705 milyard kubmetr təşkil edib. Türkiyə 4,064 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,641 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Türkiyənin boru kəməri ilə qaz idxalı 9,86 faiz azalıb, mayeləşdirilmiş təbii qaz idxalı isə 66,57 faiz artıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti