...

STAR neft emalı zavodunun məhsullarını alan ilk beş ölkə məlum olub

Energetika Materials 8 Aprel 2022 13:16 (UTC +04:00)
STAR neft emalı zavodunun məhsullarını alan ilk beş ölkə məlum olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunun məhsullarının idxalçıları arasında ilk beşlikdə Yunanıstan, Liviya, İtaliya, Belçika və Niderland daxildir.

Trend bu barədə SOCAR-a istinadən məlumat verir.

Qeyd olunur ki, STAR-ın 2021-ci ildə gəliri 2020-ci illə müqayisədə 44 faiz artaraq 6,14 milyard dollar təşkil edib. bu məbləğin 64 faizi daxili bazarın, 36 faizi ixracın payına düşüb.

STAR neft emalı zavodunun Türkiyənin dizel yanacağı, reaktiv yanacaq və mayeləşdirilmiş neft qazı bazarında payı müvafiq olaraq 17,5, 12,6 və 5,1 faiz təşkil edir.

Türkiyənin rəqəmsal neft emalı zavodu olaraq STAR 2020-ci ildə rəqəmsallaşma hesabına 3,4 milyard dollar məbləğində əlavə dəyər yaradıb. 2021-ci il üzrə göstəricilər hələ açıqlanmayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti