Bakı. Trend:
Trans-Adriatik boru xətti (TAP) konsorsiumu özünün əməliyyat fəaliyyəti, eləcə də kompressor stansiyalarının doldurulması üçün qaz satın alınması üzrə tender elan edəcək.
Trend bu barədə konsorsiuma istinadən məlumat verir.
Qeyd olunur ki, tenderə dəvət avqustun 1-dən etibarən elan olunacaq.
Tender prosesi 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək tədarük dövrünü əhatə edəcək.
TAP konsorsiumu üçüncü bu cür tender keçirir. Birinci tender 2020-ci ilin iyununda, ikinci tender 2021-ci ilin mayında keçirilmişdi.
(Tərcümə: Orxan Nəbiyev)