Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2022-ci ilin iyununda 977 653 ton xam neft idxal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz çoxdur. 2021-ci ilin iyununda zavod 858 080 ton neft idxal etmişdi.
Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, STAR iyun ayında 90 054 ton aviasiya yanacağı, 491 823 ton benzin, 19 869 ton mayeləşdirilmiş neft qazı, 131 341 ton nafta, 65 886 ton neft koksu, 30 314 ton qaz, 6 216 ton ağır vakuum qazoylu, 3 206 ton digər keçid məhsulu və 119 315 ton digər məhsul istehsal edib.
(Tərcümə: Orxan Nəbiyev)