...

Azərbaycanın qaz ixracından gəlirləri dörd dəfədən çox artıb

Energetika Materials 18 Oktyabr 2022 13:21 (UTC +04:00)
Azərbaycanın qaz ixracından gəlirləri dörd dəfədən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 16,553 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur.

Trend bu barədə bu gün Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 4,1 dəfə artaraq 12,103 milyard dollara çatıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 41 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti