Bakı. Trend:
Trans-Adriatik qaz kəmərində (TAP) 5 faizlik paya sahib İsveçrənin "Axpo" şirkəti öz payını satır.
Trend bu barədə bu gün İtaliya mətbuatına istinadən məlumat verir.
"Milano Finanza" nəşri bəzi mənbələrə istinadən bildirir ki, "Axpo" payını 250 milyon avroya satmaq niyyətindədir.
"Digər səhmdarlar həmin paketi öz mövcud paylarına mütənasib şəkildə satın alacaqlar. Beləliklə, SOCAR və "Snam" daha çox paya sahib olacaq, onlardan sonra "Fluxys" və "Enagas" gəlir. Bu, "Axpo"ya "yaşıl" enerji üzrə layihələri üçün əlavə vəsait almağa imkan verəcək", - mənbələr bildirib.
"Axpo" şirkəti Trend-in bununla bağlı sualını şərh etməkdən imtina edib.
"Biz bazar şayiələrini və spekulyasiyaları şərh etmirik", - deyə şirkətdən bildiriblər.