...

STAR neft emalı zavodu neft idxalını əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 30 Noyabr 2022 12:42 (UTC +04:00)
STAR neft emalı zavodu neft idxalını əhəmiyyətli dərəcədə artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2022-ci ilin sentyabrında 1 071 849 ton xam neft idxal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur. 2021-ci ilin sentyabrında zavod 791 103 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR sentyabr ayında 110 250 ton aviasiya yanacağı, 7 582 ton gəmi yanacağı, 559 454 ton benzin, 19 953 ton mayeləşdirilmiş neft qazı, 133 270 ton nafta, 72 269 ton neft koksu, 34 193 ton qaz, 2 046 ton vakuum qazoylu və 126 011 ton digər məhsul istehsal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti