...

Neft uçot dərəcələri artırıldıqdan sonra ucuzlaşıb

Energetika Materials 16 Dekabr 2022 10:20 (UTC +04:00)

Bakı. Trend:

Dünya birjalarında neft qiymətləri mərkəzi bankların əsas faiz dərəcələrini artırmasından sonra bir qədər ucuzlaşıb.

Trend-in "Praym"a istinadən məlumatına görə, Londonun "ICE" birjasında "Brent" markalı neftin 2023-cü ilin fevral fyuçerslərinin qiyməti 0,37 faiz azalaraq 80,91 dollar/barel olub.

Eyni zamanda, "WTI" markalı neftin 2023-cü ilin yanvar ayı üçün fyuçersləri 0,45 faiz azalaraq bir barel üçün 75,77 dollar təşkil edib.

Yüksək inflyasiyaya cavab olaraq pul siyasətinin sərtləşdirilməsi və uçot dərəcələrinin artırılması resessiya risklərini artırır. Belə şəraitdə enerji daşıyıcılarına tələbat azalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti