Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 22-də 87,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,85 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.