...

Gürcüstan ciddi enerji çatışmazlığı ilə üzləşə bilər

Energetika Materials 30 Yanvar 2023 12:51 (UTC +04:00)
Gürcüstan ciddi enerji çatışmazlığı ilə üzləşə bilər

Bakı. Trend:

2022-ci ildə Gürcüstanda 14,8 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib ki, bu da 2021-ci illə müqayisədə 3,8 % çoxdur.

Trend-in Gürcüstan KİV-nə istinadən məlumatına görə, bu barədə Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatorunun (ESCO) məlumatında deyilir.

Ötən il Gürcüstanda 14,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,7% çoxdur.

İstehsal olunan enerjinin böyük hissəsi - 10,8 milyard kilovat-saat su elektrik stansiyalarının payına düşüb, 3,4 milyard kilovat-saat istilik elektrik stansiyaları tərəfindən, "Kartli" külək elektrik stansiyası tərəfindən isə 87,49 milyon kilovat-saat istehsal edilib.

İstehlak istehsaldan artıq olduğundan, Gürcüstan qonşularından elektrik enerjisi satın almalı olub. İdxal 1,5 milyard kilovat-saat təşkil edib.

ESCO-nun səhifəsindəki məlumata əsasən, 2022-ci ildə Gürcüstan Rusiyadan təqribən 1,3 milyard kilovat-saat, Azərbaycandan isə 129,5 milyon kilovat-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə ixrac 971,02 milyon kilovat-saat təşkil edib.

Gürcüstanda elektrik enerjisi istehlakı ildən-ilə artmaqdadır. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ildə ölkə ciddi enerji çatışmazlığı ilə üzləşə bilər, belə ki, bu vaxta qədər elektrik enerjisi istehlakı təxminən 70% artaraq 22 milyard kilovat saata çatacaq.

Qonşu ölkələrdən enerji asılılığını azaltmaq üçün hakimiyyət yerli səviyyədə bərpa olunan enerji resurslarından maksimum istifadə etməyə çalışır.

ESCO-nun məlumatlarına əsasən, 2021-ci ildə Gürcüstanda 14,3 milyard kilovat-saat elektrik enerjisi istehlak olunub ki, bu da 2020-ci illə müqayisədə 13% çoxdur. İstehsal olunan enerji isə 12,6 milyard kilovat-saat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti