...

ABŞ-dəki xəbərlərdən sonra neft bir faiz ucuzlaşıb

Energetika Materials 14 Fevral 2023 10:50 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin strateji neft ehtiyatlarının bir qismini buraxmağı planlaşdırdığına dair xəbərlərdən sonra bu gün səhər dünyada neft 1% ucuzlaşıb.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 0,69% azalaraq 1 bareli 86,01 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,09 % azalaraq 1 bareli 79,27 dollara çatıb.

Bundan əvvəl Bloomberg agentliyi ABŞ hökumətinin aprel-iyun aylarında strateji ehtiyatlardan 26 milyon barel neft satmağı planlaşdırdığını xəbər vermişdi.

"ABŞ-ın strateji neft satışına dair planları açıqlandıqdan sonra qiymətlər düşüb, lakin bu tarix uzaqdır. Hazırda ABŞ və Avropa iqtisadiyyatı ilə bağlı ehtiyatlı optimizm, Çində tələbatın tədricən artması və Rusiyada neft hasilatının təqribən gündəlik 500 min barel azaldığı nəzərə çarpır", - Vanda Insights təsisçisi Vandana Hari Bloomberg agentliyinə deyib.

Günün sonrakı saatlarında dünya neft bazarının vəziyyətinə dair OPEK-in aylıq hesabatı dərc olunacaq. Təşkilat sənəddə hasilat və tələbat üzrə proqnozları yeniləyəcək. İnvestorlar iqtisadiyyata və cari vəziyyətə dair perspektivlər üzrə OPEK-in siqnallarını izləycək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti