...

Aİ üçün gələn qış daha çətin olacaq - BEA rəhbəri

Energetika Materials 18 Fevral 2023 08:02 (UTC +04:00)
Aİ üçün gələn qış daha çətin olacaq - BEA rəhbəri

Bakı. Trend:

Gələn qış Avropa İttifaqı (Aİ) üçün “qaz böhranı” səbəbindən bundan daha çətin keçəcək.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Berol öz "Twitter" səhifəsində bildirib.

"Mən Aİ-nin bu qış qaz böhranını aradan qaldırmaq səylərini yüksək qiymətləndirdim, lakin gələn qış daha çətin olacaq", - deyə F.Birol yazıb.

O, “Avropa sənayesi üçün yeni baş planın yaradılmasının” zəruriliyini bildirsə də, konkret təfərrüatları açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti