...

MOL Group Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üçün əsaslı xərclərin həcmini açıqlayıb

Energetika Materials 20 Fevral 2023 15:57 (UTC +04:00)
MOL Group Azəri-Çıraq-Günəşli yatağının işlənməsi üçün əsaslı xərclərin həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın MOL şirkətlər qrupunun 2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) neft yataqları blokunun işlənməsi üçün xərcləri 152,5 milyon dollar təşkil edib.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, AÇG yatağının işlənməsinə kapital qoyuluşu illik hesablamada 2,4 faiz azalıb (2021-ci ildə 156,3 milyon dollar təşkil edib). Şirkətin 2022-ci ildə blok üzrə digər xərcləri 2021-ci ildəki 2,6 milyon dollarla müqayisədə 2,8 milyon dollar təşkil edib.

Qeyd edək ki, bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti