...

FES-in qərarı ərəfəsində dünyada neft ucuzlaşıb

Energetika Materials 21 Fevral 2023 09:50 (UTC +04:00)
FES-in qərarı ərəfəsində dünyada neft ucuzlaşıb

Bakı. Trend:

Bu gün səhər investorların ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) gələcək monetar siyasət perspektivlərini qiymətləndirdikləri bir vaxtda dünyada neftin qiyməti 1% və ya daha çox düşüb.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları və analitik şərhlər bundan xəbər verir.

Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 1,08% azalaraq 1 bareli 83,16 dollara, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,02% azalaraq bareli 76,62 dollara çatıb.

Treyderlərin diqqəti dünya xammal, habelə maliyyə bazarlarına (neft fyuçersləri ticarəti də buraya daxildir) təsir edən FES-in siyasətinə yönəlib.

Sabah tənzimləyicinin fevral iclasının protokolunun dərc olunacağı gözlənilir. Sənəddə gələcək monetar siyasətə dair ipucları əks oluna bilər.

"FES-in gözlənilən protokolundakı istənilən siqnal neftin qiymətlərinin daha da azalmasına səbəb ola bilər", - Bloomberg agentliyi yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti