Bakı. Trend:
Azərbaycan neft tədarükçüsü kimi Xəzər və Aralıq dənizləri arasında, qaz tədarükçüsü kimi isə Xəzər və Adriatik dənizləri arasında isə enerji bağlantılarını genişləndirməyə davam edəcək.
Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə deyib.
O Cənub Qaz Dəhlizi ilə Avropaya 21 milyard kubmetr qaz nəql olunduğunu qeyd edib.
“Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. Yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin priorietləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcəkdir”, - o qeyd edib.