...

STAR neft emalı zavodunun tədarüklərinin həcmi azalıb

Energetika Materials 4 May 2023 12:03 (UTC +04:00)
STAR neft emalı zavodunun tədarüklərinin həcmi azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda (NEZ) 2023-cü ilin fevral ayında 2022-ci ilin analoji dövründəki 838 922 tonla müqayisədə 819 675 ton neft tədarük olunub (təqribən 3 faiz azalma).

Trend bu barədə bazar ertəsi Türkiyə Enerji Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən xəbər verir.

EPDK-nin hesabatına əsasən, NEZ qeyd olunan dövrdə təqribən 528 242 ton dizel yanacağı, 115 274 ton digər məhsullar, 4 831 ton ağır vakuumlu qazoyl, 20 943 ton maye karbohidrogen qazı, 131 813 ton nafta, 73 729 ton neft koksu və 31 407 ton qaz istehsal edib.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin 7 milyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon ton təşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etmək qabiliyyətinə malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti