...

STAR NEZ-in neft tədarükləri əhəmiyyətli dərəcədə artıb

Energetika Materials 4 Avqust 2023 09:22 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) 2023-cü ilin may ayında 1,018 milyon tona yaxın neft tədarük olunub. 2022-ci ilin analoji dövründə isə bu göstərici 868 507 ton olub.

Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, STAR zavoduna neft tədarükləri 17,2 faiz artıb.

SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texniki qulluq məqsədilə dayandırmağı planlayır. NEZ-in fəaliyyəti istismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədə planlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlər nəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da 40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard dollar olan STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti