...

"SOCAR Türkiye" neft koksunun istehsalını artırıb

Energetika Materials 28 İyul 2023 11:33 (UTC +04:00)
"SOCAR Türkiye" neft koksunun istehsalını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"SOCAR Türkiye" şirkətinin STAR neft emalı zavodunda (NEZ) neft koksunun istehsalı 2023-cü ilin mayında illik hesablamada 21,8 faiz artıb.

Trend cümə günü xəbər verir ki, Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) qiymətləndirmələrinə görə, bu ilin mayında NEZ 2022-ci ilin analoji dövrü ilə müqayisədə 74 544 ton neft koksu istehsal edib.

SOCAR Türkiye 2023-cü ildə STAR NEZ-də 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsal prosesində Qara dəniz regionu, Afrika ölkələri və digər ölkələrinin xam neftindən istifadə olunur.

STAR NEZ 2018-ci ilin oktyabrında istismara verilib. Zadov gündəlik 214 min barel xam neft emal etmək imkanına malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti