...

SOCAR Türkiyədə aviayanacaq istehsalını azaldıb

Energetika Materials 31 İyul 2023 10:32 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında aviayanacaq istehsalını öncəki ilin may ayı ilə müqayisədə 16,3 faiz azaldıb.

Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin may ayında zavod 110 576 aviasiya yanacağı istehsal etdiyi halda 2022-ci ilin həmin ayında bu göstərici 132 180 ton olub.

COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatından aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiya yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünü operativ şəkildə dizel yanacağının istehsalına yönəldib. Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbatı qarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti