...

"Moody's" SOCAR-ın baza kredit qiymətləndirməsini təkrar gözdən keçirib

Energetika Materials 5 Sentyabr 2023 19:09 (UTC +04:00)
"Moody's" SOCAR-ın baza kredit qiymətləndirməsini təkrar gözdən keçirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Moody's" agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baza kredit qiymətləndirməsini (BCA) təkrar gözdən keçirərək ba3-dən ba2-yə dəyişib.

Trend çərşənbə axşamı xəbər verir ki, "Moody's" eyni zamanda SOCAR-ın korporativ reytinqini (CFR) Ba1 səviyyəsində təsdiqləyib. Proqnozlar stabil olaraq qalır.

"Agentliyin SOCAR-ın baza kredit qiymətləndirməsini təkrar nəzərdən keçirmək qərarı neft-qaz bazarında əlverişli konyunktura fonunda şirkətin maliyyə və kredit göstəricilərinin yaxşılaşmasını, şirkətin Azərbaycan hökuməti üçün strateji əhəmiyyətini, o cümlədən strateji qərarların və səhmdarların qərarlarının qəbulunda daha çox intizamı, investisiya xərcləri və səhmdarlar bölgüsünü əks etdirir. Bu da pul vəsaitlərinin müsbət hərəkətinə və qabaqcıl likvidliyə səbəb olur", - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti