...

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlər azalıb

Energetika Materials 6 Noyabr 2024 17:23 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin 10 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən Trend-ə verilən məlumata görə, AÇG yatağından bu ilin əvvəlindən noyabr ayının 1-i tarixinə 5 milyard 334,2 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 416 milyon 174 min ABŞ dolları gəlir əldə olunub.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 115 milyon 409 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında ARDNF-nin AÇG yatağından gəlirləri 9,06% və ya 531,6 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 64,8% və ya 766 milyon 826 min ABŞ dolları azalıb.

Eyni zamanda, Neft Fondunun Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,5% və ya 144 milyon 145 min ABŞ dolları azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti