...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 17 May 2025 14:30 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,9 ABŞ dolları və ya 4,5% artaraq 67,50 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 68,35 dollar/barel, minimum isə 66,65 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 66,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,11 ABŞ dolları və ya 4,9% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 67,05 dollar/barel, minimum isə 65,40 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,76 ABŞ dolları və ya 5,5% artaraq 52,56 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 53,47 dollar/barel, minimum isə 51,35 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,85 dollar və ya 4,6% bahalaşaraq, 65,25 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 66,08 dollar/barel, minimum isə 64,04 dollar/barel təşkil edib.

Neftin növü / tarix

12.05.2025

13.05.2025

14.05.2025

15.05.2025

16.05.2025

Orta qiymət

Azeri LT CIF

$67,13

$68,22

$68,35

$66,65

$67,14

$67,50

Azeri Light FOB Ceyhan

$65,79

$66,93

$67,05

$65,40

$65,86

$66,21

Urals (EX NOVO)

$52,38

$53,47

$53,29

$51,35

$52,31

$52,56

Dated Brent

$65,07

$66,08

$65,94

$64,04

$65,10

$65,25

Məqalədə:
Xəbər lenti

Xəbər lenti