Bakı. Trend:
Bu həftə ərzində “Dated Brent”dən başqa, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,21 ABŞ dolları və ya 0,31% azalaraq, 67,29 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,72 dollar/barel, minimum isə 66,65 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 65,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,23 ABŞ dolları və ya 0,35% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 66,40 dollar/barel, minimum isə 65,34 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,21 ABŞ dolları və ya 0,49% azalaraq 52,35 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,89 dollar/barel, minimum isə 51,61 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,21 dollar və ya 0,32% bahalaşaraq, 65,46 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 66 dollar/barel, minimum isə 64,74 dollar/barel təşkil edib.
Neftin növü / tarix |
19.05.2025 |
20.05.2025 |
21.05.2025 |
22.05.2025 |
23.05.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$67,62 |
$67,17 |
$67,27 |
$66,65 |
$67,72 |
$67,29 |
Azeri Light FOB Ceyhan |
$66,36 |
$65,87 |
$65,95 |
$65,34 |
$66,40 |
$65,98 |
Urals (EX NOVO) |
$52,89 |
$52,42 |
$52,43 |
$51,61 |
$52,39 |
$52,35 |
Dated Brent |
$66,00 |
$65,61 |
$65,37 |
$64,74 |
$65,58 |
$65,46 |