...

AYİB "ŞAHDƏNİZ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ LUKOIL–A KREDİT VERİLMƏSİNİ LƏNGİDİR

Energetika Materials 29 İyun 2005 17:41

Trend-i buradan izləyin

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Lukoil Overseas Holding Limited -ə "Şahdəniz" qaz kondensatı yatağının işlənməsi üzrə layihə çərçivəsində məxaric payının maliyyələşdirilməsi üçün 110 milyon dollar məbləğində kreditin verilməsi üzrə layihənin sonuncu icmalını təhvil verib.

Trend in məlumatına görə, AYİB Direktorlar Şurası bu məsələyə iyunun 28-də baxmalı idi. Lakin bankdan verilən məlumatda təsdiqlənmənin hazırda ləngidiyi bildirilib.

AYİB həmçinin Lukoil Overseas-ə Şahdənizdən Gürcüstana və Türkiyəyə qaz ixrac edəcək Cənubi-Qafqaz boru kəmərinin (SCP) tikintisi üçün 70 milyonluq istiqraz da verə bilər.

AYİB-in hesablamalarına görə, "Şahdəniz" layihəsi üzrə "Mərhələ-1" layihəsi 2,777 milyard dollar dəyərində qiymətləndirilir. LUKOIL 277,7 milyon dollar vəsaitlə təmin edilməlidir. SCP vasitəsilə ilk qazın Türkiyəyə 2006-cı ilin qışına kimi ixrac ediləcəyi ehtimal edilir. "Şahdəniz" layihəçi üzrə tərəfdaşlar artıq Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri ilə qazın "alışı və satışı barədə" bir sıra razılaşmalar imzalayıblar.

Xəbər lenti

Xəbər lenti