...

XƏZRİ-SİYƏZƏN ELEKTRİK ÖTÜRÜCÜSÜNÜN TİKİNTİSİ BAŞA ÇATIB

Energetika Materials 29 İyun 2005 18:45 (UTC +04:00)

36 ki uzunluğu olan 110 kV-luq Xəzri-Siyəzən elektrik ötürücüsü xəttinin tikintisi başa çatıb. Bu barədə Trend ə iyunun 29-da Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin elektrik paylayıcısı şəbəkəsinin operatoru) Çingiz İbadov məlumat verib.

Onun sözlərinə görə, bu xətt dünya standartlarına müvafiq tikilib. "Hazırda elektrik ötürücüsü xəttinin releli mühafizəsinin quraşdırılması üzrə iş aparılır, açarların quraşdırılması başa çatır. "Bu işlərin başa çatmasından sonra elektrik ötürücüsü xəttinin təvil verilməsi mərasimi keçiriləcək ", - deyə o bildirib. Mərasimin iyul ayında keçiriləcəyi ehtimal edilir.

Elektrik ötürücüsü xəttinin avadanlıqları Türkiyə və Almanyiadan idxal olunub. Bundan əvvəl şirkət qəza vəziyyətində onun nəticələri aradan qaldırılana kimi elektrik enerjisinin verilməsini dayandırmağa məcbur idi. Yeni xətt elektrik təchizatını dayandırmadan işlərin aparılmasına imkan verir.

Elektrik ötürücüsü xəttinin tikintisini "Azərelektrikşəbəkətikinti" Səhmdar Cəmiyyəti həyata keçirib. Tikinti işlərinə 2004-cü ilin avqustunda başlayıb. Layihəyə şirkət 1,93 milyon dollar vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti