...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ "QƏRB" BORU KƏMƏRİNDƏ VƏ SUPSA TERMİNALINDA İŞLƏRİ DAYANDIRACAQ

Energetika Materials 19 İyul 2005 17:15 (UTC +04:00)

İyulun sonlarından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Gürcüstanın Supsa terminalında, daha sonra isə "Bakı-Supsa" terminalında işləri planlı qaydada dayandırmaq niyyətindədir. Bu barədə Trend ə ABƏŞ-dən məlumat verilib.

ABƏŞ-in nümayəndəsinin fikrincə, terminal və boru kəmərində işlərin planlı dayandırılması zamanı bu obyektlərə texniki xidmət həyata keçiriləcək bəzi avadanlıqlar dəyişdiriləcək. "Planlı dayanma bu ildə ilk dəfə həyata keçiriləcək", - deyə ABƏŞ-dən bildiriblər.

Neft daşınmalarının regional bazarındakı mənbədən Trend ə bildiriblər ki, işlərin planlı dayandırılması zamanı nefti Supsa terminalından dənizdəki körpüsüz doldurma məntəqsinə nəql edən şlanqlardan birinin dəyişdiriləcəyi ehtimal edilir.

Bu ilin yanvar-iyun aylarında ABƏŞ ümumilikdə 4, 612 milyon ton Azeri Light nefti ixrac edib ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayisədə 1,499 milyon ton çoxdur. Bu həcmdən yanvar-iyun aylarında Bakı-Supsa boru kəməri vasitəsilə 3,487 milyon ton Azeri Light nefti ixrac olunub.

Xəbər lenti

Xəbər lenti