Azərbaycan Benyəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri" yatağının mərkəzi hissəsindəki 6 istismar quyusundan sutkada 200 min ton barel neft hasil edir. Bu barədə Trend ə ABƏŞ-dən məlumat verilib. Sentyabrın sonlarında şirkət 7-ci quyunu istismara verməyi planlaşdırır. Ümumilikdə "Azəri"nin mərkəzi hissəsindən 10 quyudan neft hasil etmək planlaşdırılıb.
"Azəri"nin mərkəzi hissəsindəki platformanın istismar səmərəliliyi 82,2% təşkil edir.
Beləliklə, illik statistik göstəricilərə görə ABƏŞ yalnız "Azəri"dən ("Çıraq" yatağı nəzərə alınmadan) Azeri Light növlü neftin hasilatı 9,8 milyn. Tona çatır .
Cari ilin yanvar-avqust aylarında ABƏŞ bütün müqavilə sahəsindən 7,37 milyn. ton neft hasil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayismədə 3,22 min ton çoxdur.
2005-ci ilin yanvar-avqust aylarında ABƏŞ ümumi neft hasilatından "Çıraq" yatağından 4,67 milyn. ton neft və 2,69 milyn. ton isə "Azəri" mərkəzi hissəsindən hasil edib. ABƏŞ "Azəri"dən ilk neft hasilatına 2005-ci ilin 13 fevralından başlayıb.