"Yeraltı qaz anbarı" İB (Azəriqaz QSC-nin strukturu) öz vəsaitləri hesabına 10 QKNA tipli qaz kompressorlarının təmiri üçün ehtiyat hissələrinin alınması üzrə tender elan edib. Bu barədə Trend ə İB-dən məlumat verilib. Tenderin şərtlərinə uyğun olaraq ehtiyat hissələri 2006-cı il fevralın 1-nə kimi tədarük olunmalıdır.
Maraqlı şirkətlər sənədləri əldə etmək üçün tender komissiyasına müraciət edə bilər. Tenderdə iştirak etmək üçün şirkətlər hər lota görə 1 mln manat ödəməlidir.
Potensial iştirakçılar sənədlərini oktyabrın 22-dən, tender təkliflərini isə noyabrın 3-dən gec olmayaraq İB-yə təqdim etməlidir. Paketlər noyabrın 3-də açılacaq.