...

Azfen MM-də həmkarlar ittifaqı komitəsi yaradılıb

Energetika Materials 20 Fevral 2006 20:13 (UTC +04:00)

Azfen MM-də həmkarlar ittifaqı komitəsi yaradılıb. Bu barədə Trend ə Respublika neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqı Komitəsində (RNQİHİK) bildirilib.

Təsis konfransı Konfederasiyanın rəhbəri Səttar Mehbalıyev, baş direktor İsmayıl Məmmədovun şəxsində şirkət rəhbəri və onun müavini Allahşükür Qurbanov, Komitə rəhbəri Cahangir Əliyev və neftçilərin hüquqlarının müdafiəsi komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının iştirakı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında keçirilib.

Konfransda Komitənin 19 nəfərdən ibarət tərkibi təsdiq olunub, bunlardan 11 nəfər komitənin rəyasət heyətinin tərkibinə daxil olub. Bundan başqa, yoxlama-təftiş komissiyasının 5 nəfərdən ibarət tərkibi təsdiq edilib.

Açıq səsvermə yolu ilə yeni yaradılmış komitənin sədri Səid Məmmədov seçilib. "Fevralın sonunadək analoji strukturların digər müəssisələrdə də yaradılması planlaşdırılr" -deyə RNQİHİK-də qeyd olunub.

Qeyd edək ki, 2005-ci ildə analoji qurumlar McDermott, Bosshelf və PCH Offshore şirkətlərində yaradılıb. İndiyədək Shirvan Oil, Salyan Oil, Azgerneft, Anshad Petrol, Lukoil Azerbaijan şirkətlərində həmkarlar ittifaqı komitələri vardı.

Xəbər lenti

Xəbər lenti