...

Devid Vudvord: BTC-nın son dəyəri kəmərin tikintisi başa çatdıqdan sonra məlum olacaq

Energetika Materials 19 Aprel 2006 19:11 (UTC +04:00)

İlkin hesablamalara görə, Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin dəyəri 30% artıb. İlkin olaraq layihə 2,95 mlrd dollar həcmində qiymətləndirilmişdi.

Trend agentliyinin məlumatına əsasən, aprelin 19-da BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord mətbuat konfransında bəyan edib ki, kəmərin texniki neftlə doldurulması və kreditlərin qaytarılması üçün əlavə olaraq 600 mln. dollar lazımdır.

Onun dediklərinə görə, hazırda podratçı şirkətlər tərəfindən qiymətləndirmə davam edir və layihənin son dəyəri kəmərin tikintisi başa çatdıqdan sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti