...

Qazaxıstan hökuməti ölkənin BTC layihəsinə qoşulması haqqında müqavilənin layihəsi üzərində işləri başa çatdırır

Energetika Materials 13 İyun 2006 10:47 (UTC +04:00)

Qazaxıstan hökuməti ölkənin Bakı-Tiflis-Ceyhan boru kəməri sisteminə qoşulması haqqında müqavilənin layihəsi üzərində işləri başa çatdırır.

Bu barədə Trend Qazaxıstan baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.

Müqavilənin mətni Azərbaycan tərəfi ilə razılaşdırılıb. Qazaxıstanın baş naziri Danial Axmetov bildirib ki, "BTC müqaviləsi dövlətin mövqeyini tamamilə müdafiə edir".

Hazırda müqavilənin hər iki ölkə tərəfindən imzalanmasına hazırlıq üzrə texniki işlər görülür.

Xəbər lenti

Xəbər lenti