...

BTC layihəsi Gürcüstan üçün müdafiə deməkdir

Energetika Materials 13 İyul 2006 16:47 (UTC +04:00)

Sahə iqtisadiyyatı komitəsinin sədri Niko Lekişvili Trend in xüsusi müxbirinə verdiyi musahibəsində bu gün istismara verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini "əsrin layihəsi" adlandırıb.

"Bu, yalnız siyasi və ya iqtisadi layihə deyil, Gürcüstan üçün bu layihə müdafiə deməkdir", - deyə o bildirib və qeyd edib ki, regional əməkdaşlıq bölgədəki bir çox problemləri, ilk növbədə, təhlükəsizliklə bağlı problemləri həll etməkdə yardım göstərəcək.

Lekişvili hesab edir ki, bu layihə ölkə infrastrukturunun inkişafına yardım edir və bölgədə daha sıx qarşılıqlı münasibət üçün şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti