...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 19 İyul 2006 15:52 (UTC +04:00)

İyulun 18-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $74,71 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,22 artıb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 18-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $75,90 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,21 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 18-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $69,59 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,03 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 18-də bir barel DTD neftinin qiyməti $74,76 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,32 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti