ARDNŞ prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dersi ilə görüşüb. Trend in xəbər vrediyi kimi, o bildirib ki, Azərbaycan və ABŞ arasında münasibətlər strateji xarakter daşıyır və ARDNŞ Amerika şirkətləri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
ABŞ səfiri şirkətə səfərinin tanışlıq xarakteri daşıdığını qeyd edərək ARDNŞ və Amerika şirkətləri arasında əməkdaşlığın perspektivləri məsələsinə toxunub.
R.Abdullayev şirkətdə görülən işlər barədə səfirə məlumat verib. Görüşdə tərəfləri maraqlandıran əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.