...

Azərbaycan Dövlət Neft Şirkəti apardığı üç ölçülü seysmik kəşfiyyatın keyfiyyətini yaxşılaşdıracaq

Energetika Materials 2 Oktyabr 2006 16:16 (UTC +04:00)

3600 kanallı seysmik stansiyanın alınması Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) yüksək keyfiyyətli üç ölçülü (3D) seysmik kəşfiyyat işləri görməyə imkan verir. ARDNŞ-dən Trend ə verilən xəbərə görə, hazırda şirkət üç ölçülü seysmik kəşfiyyat keçirmək imkanına malikdir, lakin bu cür avadanlıq işin keyfiyyətini xeyli artırmağa imkan verəcək.

Əvvəllər ARDNŞ-in Geofizika və geologiya idarəsi Amerikanın İnput/Output şirkəti ilə 3600 kanallı seysmik stansiyanın tədarükü üçün saziş bağlayıb. Əldə edilmiş avadanlıq idarəyə həm Azərbaycanda, həm də ölkədən kənarda geofiziki kəşfiyyat üzrə tenderlərdə iştirak edib qalib gəlməyə imkan verəcək.

Avadanlıq Dövlət Neft Şirkətinin geofiziki və geoloji kompleksinin inkişaf proqramı çərçivəsində 2015-ci ilə qədər alınacaq. Bu işlər tenderlərdə iştirak etmək, bəzi əməliyyat şirkətlərinin seysmik kəşfiyyat və mədən geofizikası üzrə sifarişlərinin həyata keçirilməsi üçün həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti