"Azneft" İB-nin "28 May" NQÇİ "Günəşli" yatağında yüksək debitli yeni quyunu balansına daxil edib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
NQÇİ rəhbərinin sözlərinə görə, yeni quyunnu sutkalıq debiti 300 min kub metr qaza bərabərdir. Nəticədə sentyabrda yataqdan nəzərdə tutulmuş 6,8 mln kub metr qaz əvəzində sutkada 9,5 mln. kub metr qaz hasil edilib.
İlin sonunadək sutkalıq hasilatın həcminin 10 mln. kub metrə çatdırılması planlaşdırılır. "Günəşli-13" platforması 3 il bundan əvvəl istismara verilib. Bu müddət ərzində platformadan 3 yüksək debitli quyu qazılıb. Onlardan ikisinin sutkalıq debiti 300 ton neftə bərabərdir. Qazma işləri "Bayıl Limanı" kəşfiyyat qazma idarəsi tərəfindən həyata keçirilir. Hazırda idarə 4-cü quyunu qazır. İlin əvvəlindən idarə "Günəşli" yatağında 5 yüksək debitli quyu qazıb. İlin sonunadək daha bir quyunun qazılması planlaşdırılır.