...

Azərbaycanın sənaye və energetika naziri Seulda ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edəcək

Energetika Materials 16 Oktyabr 2006 13:30 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev oktyabrın 16-da Seulda keçiriləcək iqtisadi konfransda Koreyanın ticarət, sənaye və energetika naziri Çunq Syu-Kyunla ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını və Koreya şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakının inkişaf etdirilməsini müzakirə edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Koreya nazirliyinin bu gün yayılmış rəsmi məlumatında deyilir.

Koreya Milli Neft Korporasiyası (KNOC) "İnam" perspektiv strukturu layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin payının bir hissəsini almaq istəyini bildirib.

Bundan başqa Koreya korporasiyası ARDNŞ-ə Qazaxıstan və Türkmənistanda gerçəkləşdirilən lahiyələrdə birgə iştirak etməyi təklif edib. Söhbət əsasən boru kəmərlərinin inşasından gedir. Bu layihələrin gerçəkləşdirilmə bazası Bakıda yerləşə bilər.

Xəbər lenti

Xəbər lenti