...

ARDNŞ və Conoco Phillips birgə layihələri müzakirə edib

Energetika Materials 30 Noyabr 2006 13:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Amerikanın Conoco Phillips şirkətinin Avropa, Asiya, Afrika və Yaxın Şərqdə kəşfiyyat və hasilat məsələləri üzrə icraçı vitse-prezidenti Vilyam Berri ilə görüşüb. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

V.Berrinin sözlərinə görə, Conoco Phillips şirkəti Azərbaycan iqtisadiyyatının inkişafına $250 mln. sərmayə qoyub. O, əməkdaşlığın səviyyəsindən razılıq bildirərək, gələcək əməkdaşlığın inkişaf planının hazırlanması zəruriliyini qeyd edib. Bunun üçün şirkət Azərbaycandan konkret təkliflər gözləyir.

R.Abdullayev qeyd edib ki, ARDNŞ xarici şirkətlərlə münasibətdə sərfəli təkliflərə üstünlük verir.

Conoco Phillips şirkətinin nümayəndəsi ARDNŞ prezidentini ABŞ-a dəvət edib. Görüşdə şirkətin iştirak etdiyi "Ümid-Babək" layihəsi də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti